Tahir Süleymanov "Zirə" - "Neftçi" oyunundakı hakim qərarını şərh etdi

Tahir Süleymanov "Zirə" - "Neftçi" oyunundakı hakim qərarını şərh etdi

"Zirə" - "Neftçi" qarşılaşmasında baş verən və kəskin ictimai qınağa, azarkeş etirazlarına səbəb olan hakim idarəçiliyi ilə bağlı müzakirələr, subyektiv, obyektiv fikirlər bu günə kimi səngimək bilmir. 

Bu oyuna, ümumiyyətlə, çempionatın gedişinə, hakimliklə bağlı məsələlərə münasibət öyrənmək üçün beynəlxalq dərəcəli hakim, "Neftçi"nin ən uğurlu illərində klubun vitse-prezidenti olmuş Tahir Süleymanova müraciət etdik.

Müsahibimiz Sports.az-a qısa açıqlamasında aşağıdakıları bildirdi:

Çempionat finişə yaxınlaşır, gərgin oyunlar gedir. Hakimlər də buna hazır olmalıdırlar. Müsbət məqamlardan biri, oyun səviyyəsi ilə seçilən bəzi görüşlərdə 15-20 min azarkeşin tribunalara axışmasıdır. Bu, tamaşaçıların futbola inamının artmasıdır. Belə davam olunacağı, islahatların doğru istiqamətdə gedəcəyi halda, növbəti mövsümdə daha rəqabətli, maraqlı çempionat olacağı gözlənilir. Önəmli olan, bu inamın qırılmamasıdır. "Zirə" - "Neftçi" oyununda baş verənlərə gəldikdə, açıq-aşkar olan epizoda geniş şərh verməyə ehtiyac yoxdur. Çoxşaxəli referi-VAR səhvlərinin nəticəsidir və birbaşa oyunun nəticəsinə təsir edib. Ümumilikdə isə, konkret bir oyunun üzərində dayanmaq istəmirəm. Məsələyə kompleks və strateji yanaşılmalıdır. Çempionatın gedişində hakim səhvləri çox olub və təəssüf ki, bu tendensiya davam etməkdədir.

"Neftçi" son zamanlar baş məşqçi Vernidubun sayəsində bir qədər dirçəlir. Baxmayaraq ki, "Neftçi" kimi komanda üçün minimum hədəf çempionluq, kubokun qazanılması olmalıdır. 
Dəfələrlə bildirmişəm, bir daha xüsusi məqama toxunmaq istəyirəm. "Neftçi"də bu sahə üzrə əcnəbi mütəxəssis də çalışır. İstənilən klub, qaydalar çərçivəsində özü-özünü müdafiə etməyi bacarmalı, bu misiyyanı ilk növbədə rəhbərlik, cavabdehlər daşımalı, sözünü deməli, bunu bacarmalıdırlar. Belə olduqda, məşqçi və futbolçuların özlərinə inamı daha da artır, haqsızlıq görəndə, çarəsiz, kimsəsiz qalmırlar.

Klubların müdafiəsi tək jurnalistlərin, azarkeşlərin, müstəqil ekspertlərin üzərində olmamalıdır. Klub rəsmiləri rahat həyatlarını sürəndə, komandanın yox, öz mənafelərini düşünəndə, münasibət də buna uyğun olur. Onların əvəzinə heç kimin borcu deyil mübarizə aparsın. Hər kəs bunu bilməlidir! 

Bir ildən çoxdur sosial şəbəkələrdən istifadə etmirəm. Biz hər zaman sözümüzü demişik, deyirik, deyəcəyik də... "Neftçi" adına biz öz missiyamızı  çempionluqlarla, qazandığımız kuboklarla çoxdan bitirmişik. Hər bir şəraiti olan  "Neftçi"yə ən azından o dövrün nəticələrinin təkrarlanmasını, daha böyük uğurların qazanılmasını arzu edirəm.

Son xəbərlər
Hacı Kərimov Avropa çempionu oldu
"Karvan-Yevlax"da ayrılıq
“Şamaxı”da yeni qapıçı
“Real” Tçuameni ilə müqaviləsini yeniləmək niyyətindədir
“Barselona”nın Alvares müqabilində təklif edəcəyi məbləğ məlum oldu
“Vilyarreal”ın rəsmi futbol düşərgəsi Azərbaycanda
Azərbaycan yığması Rumıniya üzərində qələbəyə sevindi
“Fiorentina” “Udineze”nin yarımmüdafiəçisini satın alacaq
DÇ-2026-da çıxış etmiş futbolçu 25 yaşında vəfat edib
“Napoli” “Boka Xuniors”un hücumçusuna görə təklif ünvanladı
Azərbaycan Basketbol Liqasının yeni mövsümünə nə vaxt start veriləcək?
“Nyukasl” “Arsenal”a qiymət “oxudu”
Günün oyunları – TV
Əvəzedicilər Liqasının yeni mövsümünə avqustun 21-də start veriləcək
Ten Haq Niderland yığmasını çalışdırmayacaq
Argentinalı hücumçu CSKA-ya keçməkdən imtina etdi
Azərbaycan komandası İtaliyada birinci oldu
Laporta Alvaresi “Barselona”ya gətirməyə çalışır
“Atletiko”dan növbəti transfer
“Napoli” hücumçusuna görə təklif aldı
“Nyukasl” “Frayburq”un yarımmüdafiəçisinin keçidini razılaşdırdı
“Mançester Siti”dən Belçika klubuna
Milli üzvü “Neftçi”dən ayrıldı
Bruno Gimarayns “Arsenal”la müqavilə razılaşdırdı
Kurtua Lyorisi geridə qoydu
“Çelsi” hücumçusu ilə müqaviləsini yenilədi
“Barselona” “Borussiya”nın hücumçusu ilə razılığa gəldi
Bakıda Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
Keçmiş qapıçısı “Mançester Siti”yə qayıtdı
Xalailinin “İnter”ə keçidi tamamlanmaq üzrədir
DAHA ÇOX

Ən çox oxunanlar