Tanınmış futbolçunun qardaşı oğlu “Qarabağ”da

Rusiya millisinin keçmiş futbolçusu, Moskva "Spartak"ı, “Nürnberq” və "Karlsrue"dəki çıxışlarından tanınan İvan Saenkonun qardaşı oğlu David Saenko bu gün "Qarabağ"ın "Rakuv"la oyununda ikinci hissədə meydana çıxıb.

Sports.az xəbər verir ki, gənc futbolçu buna qədər "Qarabağ-2"nin heyətində 1-ci divizionda çıxış edirdi. 

Xatırladaq ki, "Qarabağ" bu gün Belekdəki "Gloria Sports Arena"da 2023-cü ildə ilk oyununu keçirib. Oyun Polşa çempionatının liderinin 3:0 qələbəsi ilə bitib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar