Gənclər Liqasının qalibləri mükafatlandırıldı

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

AFFA Gənclər Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.

Sports.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub.

A qrupunun 10-cu turunun son qarşılaşmalarında “Qarabağ” “Neftçi”ni 2:1, “Sabah” isə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Beləliklə, “Qarabağ” 25 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Neftçi” isə 19 xalla üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Neftçi” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Qarabağ”a isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 32 qol yazdıran “Sabah”ın futbolçusu Anar Hüseynov ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın üzvü Əli Qazibəyov seçilib.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Azərbaycan millisinin direktoru İlqar Qurbanov təqdim ediblər.

Son xəbərlər
“Real” yarımmüdafiəçisinin gələcəyi ilə bağlı qərar verdi
500-cü qol: 21 ildən sonra
30-cu ev qələbəsi
“İmişli” “Karvan-Yevlax”a qarşı - YENİLƏNİR
Xabi Alonso “Real”ın ulduzuna göz dikib
Gənclər Liqasının qalibləri mükafatlandırıldı
İspaniya La Liqasının ən sərrast qolçusu məlum oldu
Dumfris İspaniya nəhənginə qoşula bilər
İtaliya mətbuatı Spalletti ilə bağlı nə düşünür?
Mövsümün ən yaxşı gənc futbolçusu elan edildi
Alaba “Real”la vidalaşdı
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
Kökçünün komandası Erediviziyanı tərk etdi
Türkiyə nəhəngi, “Liverpul”un ulduzuna göz dikib
İspaniya La Liqasını tərk etmiş klublar məlum oldu
Karvaxal “Real”la vidalaşdı
Robert Levandovski “Barselona”dan məğlub ayrıldı
Günün oyunları – TV
“Real” müdafiəçisi ilə yollanı ayrıacaq
Mövsümün son matçında “İmişli” “Karvan-Yevlax”la üz-üzə
“Bayern” Almaniya kubokunun qalibi oldu
“Şamaxı”da altı ayrılıq
“Barselona” son oyunda uduzdu, “Real” qalib gəldi
“İnter”dən son oyunda heç-heçə
Üç güləşçimiz Avropa çempionatının finalında
Zamiqin komandasından növbəti qələbə
Elvin Avropa çempionu, Gülay ikinci oldu
“Qarabağ”ın U-19 komandası çempion oldu
“Seltik”dən “qızıl dubl”
“Zirə” mövsümü məğlubiyyətlə tamamladı - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar