Tarixdə 10-cu: 400-cü qol

Tarixdə 10-cu: 400-cü qol

Misli Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, qəsəbə klubu Premyer Liqada 400-cü dəfə qol sevinci yaşayıb.

Yubiley topuna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/16 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

Son xəbərlər
Premyer Liqa uğrunda pley-off matçının başlama saatı açıqlandı
“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşdi
Ronald Arauxo “İnter”lik deyil?
“İmişli” “Karvan-Yevlax”a qarşı - YENİLƏNİR
Pley-off oyununda nominal meydan sahibi bəlli oldu
Tarixdə 10-cu: 400-cü qol
“Real” yarımmüdafiəçisinin gələcəyi ilə bağlı qərar verdi
500-cü qol: 21 ildən sonra
30-cu ev qələbəsi
Xabi Alonso “Real”ın ulduzuna göz dikib
Gənclər Liqasının qalibləri mükafatlandırıldı
İspaniya La Liqasının ən sərrast qolçusu məlum oldu
Dumfris İspaniya nəhənginə qoşula bilər
İtaliya mətbuatı Spalletti ilə bağlı nə düşünür?
Mövsümün ən yaxşı gənc futbolçusu elan edildi
Alaba “Real”la vidalaşdı
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
Kökçünün komandası Erediviziyanı tərk etdi
Türkiyə nəhəngi, “Liverpul”un ulduzuna göz dikib
İspaniya La Liqasını tərk etmiş klublar məlum oldu
Karvaxal “Real”la vidalaşdı
Robert Levandovski “Barselona”dan məğlub ayrıldı
Günün oyunları – TV
“Real” müdafiəçisi ilə yollanı ayrıacaq
Mövsümün son matçında “İmişli” “Karvan-Yevlax”la üz-üzə
“Bayern” Almaniya kubokunun qalibi oldu
“Şamaxı”da altı ayrılıq
“Barselona” son oyunda uduzdu, “Real” qalib gəldi
“İnter”dən son oyunda heç-heçə
Üç güləşçimiz Avropa çempionatının finalında
DAHA ÇOX

Ən çox oxunanlar