“İstədiyimizə nail ola bilmədik” - Füzuli Məmmədov

“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Oyunun turnir cədvəli baxımından mahiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüf ki, komandamız 1-ci Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə, futbolçularıma çox sağol deyirəm. Əziyyətə olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram.
Çox istəyirəm ki, 1-ci Liqaya düşsək də, orada iddialı olaq və yenidən Premyer Liqaya geri qayıdaq. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, əgər mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacam. Bəli, bu komandada yaxşı futbolçular var ki, bizə 1-ci Liqada da kömək edə bilərlər. Şərtlər yaxşı olarsa, futbolçularla danışarıq, onlar komandada qalar. Amma öncəlik rəhbərliyin istəyidir.
Öncə hazırkı klubumla danışacam. Rəhbərliklə sabah görüşəcəyik. Görüşümüzdən çox şey asılıdır. Ondan sonra digər məsələlərə qayıdacağıq”.




























