"Turan Tovuz" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

"Turan Tovuz" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

"Turan Tovuz" klubu UEFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Sports.az xəbər verir ki, bu barədə klubun bəyanatında bildirilib.

Tovuz təmsilçisinin bəyanatını diqqətinizə çatdırırıq:

"2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: //www.affa.az/ind.../news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Əlavə olaraq bildiririk ki, UEFA Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".

Qeyd edək ki, 2019-cu ildə Birinci Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Son xəbərlər
Hacı Kərimov Avropa çempionu oldu
"Karvan-Yevlax"da ayrılıq
“Şamaxı”da yeni qapıçı
“Real” Tçuameni ilə müqaviləsini yeniləmək niyyətindədir
“Barselona”nın Alvares müqabilində təklif edəcəyi məbləğ məlum oldu
“Vilyarreal”ın rəsmi futbol düşərgəsi Azərbaycanda
Azərbaycan yığması Rumıniya üzərində qələbəyə sevindi
“Fiorentina” “Udineze”nin yarımmüdafiəçisini satın alacaq
DÇ-2026-da çıxış etmiş futbolçu 25 yaşında vəfat edib
“Napoli” “Boka Xuniors”un hücumçusuna görə təklif ünvanladı
Azərbaycan Basketbol Liqasının yeni mövsümünə nə vaxt start veriləcək?
“Nyukasl” “Arsenal”a qiymət “oxudu”
Günün oyunları – TV
Əvəzedicilər Liqasının yeni mövsümünə avqustun 21-də start veriləcək
Ten Haq Niderland yığmasını çalışdırmayacaq
Argentinalı hücumçu CSKA-ya keçməkdən imtina etdi
Azərbaycan komandası İtaliyada birinci oldu
Laporta Alvaresi “Barselona”ya gətirməyə çalışır
“Atletiko”dan növbəti transfer
“Napoli” hücumçusuna görə təklif aldı
“Nyukasl” “Frayburq”un yarımmüdafiəçisinin keçidini razılaşdırdı
“Mançester Siti”dən Belçika klubuna
Milli üzvü “Neftçi”dən ayrıldı
Bruno Gimarayns “Arsenal”la müqavilə razılaşdırdı
Kurtua Lyorisi geridə qoydu
“Çelsi” hücumçusu ilə müqaviləsini yenilədi
“Barselona” “Borussiya”nın hücumçusu ilə razılığa gəldi
Bakıda Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
Keçmiş qapıçısı “Mançester Siti”yə qayıtdı
Xalailinin “İnter”ə keçidi tamamlanmaq üzrədir
DAHA ÇOX

Ən çox oxunanlar