Kimlər gəlir, kimlər gedir? - YENİLƏNİR

Misli Premyer Liqasında mübarizə aparan klublarımız transfer işlərini davam etdirirlər.

Sports.az xəbər verir ki, bəzi klublar heyətinə yeni oyunçu cəlb edib. Bəziləri isə hələlik transfer etməsə də, bir neçə futbolçu ilə yolları ayırıb.

Qeyd edək ki, yanvarın 10-da açılan qış transfer pəncərəsi fevralın 9-da bağlanacaq.

“Qarabağ”

Gələnlər: Adama Diakabi, Redon Cica, Yassin Benzia
Gedənlər: Kadi Borqes (“Krasnodar”, Rusiya), Ovusu Kvabena ("Ferensvaroş", Macarıstan)
Müqaviləsi yenilənənlər: Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Marko Veşoviç, Şahruddin Məhəmmədəliyev

“Sabah”

Gələnlər: Hiqor Qabriel (icarədən qayıdıb)
Gedənlər: Abdulla Rzayev, İdris İnqilablı (“Kəpəz”, icarə), Aleksandr Neçayev, Abdulla Xaybullay ("Samtredia", Gürcüstan - icarə)
Müqaviləsi yenilənənlər: Amin Seydiyev, Coy-Lens Mikels, Murad Musayev (baş məşqçi)

“Neftçi”

Gələnlər: Höccət Haqverdi, Kilan Lebo, Mateus Saldanya
Gedənlər: Mamadu Mbodj, Yusuf Laval (“Arouka”, Portuqaliya), Qodsvey Donyo ("Apollon", Kipr)
Müqaviləsi yenilənənlər:

“Zirə” 

Gələnlər: Vladislav Kulaç, Donald Gerye
Gedənlər: Təmkin Xəlilzadə, Nemanya Andelkoviç
Müqaviləsi yenilənənlər:

“Qəbələ”

Gələnlər:
Gedənlər:

Müqaviləsi yenilənənlər:

“Turan Tovuz”

Gələnlər: Denis Marandiçi, Belaydi Pusi
Gedənlər: İmedi Aşortiya
Müqaviləsi yenilənənlər:

“Şamaxı”

Gələnlər: Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov
Gedənlər: Abdulla Rzayev, Bəhruz Teymurov, Adil Nağıyev ("Səbail", icarə müddəti başa çatıb), Uğur Cahangirov, Samir Qurbanov, Mirəli Əhmədov
Müqaviləsi yenilənənlər: Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov, Bahadur Həziyev

“Sumqayıt”

Gələnlər: Terrens Tisdel, Diego Karioka, Masaki Murata, Karim Abubakar
Gedənlər: Damyan Daniçiç, Araz Abdullayev, Filipe Şabi
Müqaviləsi yenilənənlər: 

“Kəpəz”

Gələnlər: Abdulla Rzayev, İdris İnqilablı (“Sabah”, icarə), Salif Sisse, Martins Junior, Elgün Bayramov (MOİK)
Gedənlər: Peyman Keşavarzi, Əli Səmədov, Zahid Mərdanov, Rauf Əliyev (karyerasını başa vurub), Əfran İsmayılov (karyerasını başa vurub), Mixeil Erqemlidze
Müqaviləsi yenilənənlər:

“Səbail”

Gələnlər: Şahin Diniyev (baş məşqçi), David Qomis, Adil Nağıyev ("Şamaxı"dan icarədən qayıdıb), Mirəli Əhmədov
Gedənlər: Mahmud Qurbanov (baş məşqçi), Emin Zamanov
Müqaviləsi yenilənənlər:

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar