"Qarabağ" "Sabah"ın qapıçısını alır?

Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçı axtarışına çıxan "Qarabağ"a dünyanın hər yanından təkliflər gəlir. Qurban Qurbanovun axtardığı mövqelərə menecerlər gündəlik saysız-hesabsız yeni futbolçuların namizədliyini verir. Qurbanovun oyunçu seçimindəki həssaslığını nəzərə alsaq, transfer dönəminin bitməsinə bir neçə gün qalmış daha çox tanıdığı futbolçulara üstünlük verəcəyinin məntiqli olduğunu düşünə bilərik.

"Qarabağ"ın ehtiyac duyduğu qapıçı mövqeyinə yarayan namizədlərdən biri də "Sabah"ın qapıçısı Yusif İmanovdur. 

21-ci əsrdə ölkə çempionatlarında 10 oyun qol buraxmayan ən gənc qapıçı ünvanına sahib Yusifin sosial şəbəkədəki profilinə baxanda "Qarabağ"ın azarkeşi olduğunu görmək olar. 
Bu da təsadüfi deyil. Yusif Ağdamın Xındırıstan kəndindəndi.

Bəs 192 sm boyu olan gənc istedada "Qarabağ"ın marağı varmı?

Fevralın 16-da "Gent"lə qarşılaşacaq çempionumuz Yusifi icarəyə götürə və ya transfer edə bilərmi?

Sports.az-ın əldə etdiyi məlumata görə, Yusif İmanov Ağdam təmsilçisinin gündəmində deyil və ümumiyyətlə, klub yerli qapıçılarla maraqlanmır. "Qarabağ" daha təcrübəli əcnəbi əlcək sahibi axtarışındadı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar