Azərbaycan futbolu
“Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

24.01.2023 | 13:00
“Turan Tovuz” Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ”la qarşılaşacaq.
Sports.az xəbər verir ki, sabah Tovuz şəhər stadionunda baş tutacaq oyunun biletlərini bu gündən etibarən sözügedən arenanın kassasından əldə etmək olar.
Xatırladaq ki, “Turan Tovuz” - “Qarabağ” oyununa sabah saat 14:00-da start veriləcək.