“Sumqayıt”la “Qarabağ”dan heç-heçə

Birinci Divizionun ikinci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün növbəti yoxlama oyununu keçirib.

Sports.az xəbər verir ki, Vüqar Quliyevin yetirmələri doğma meydanda “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb.

90 dəqiqənin tamamında qapılara qol vurulmayıb - 0:0.

Xatırladaq ki, “Sumqayıt-2” daha iki yoxlama oyunu keçirəcək. Fevralın 1-də “Qaradağ Lökbatan”la üz-üzə gələcək bu komanda ilk oyununu “Neftçi”nin əvəzedicilərinə qarşı keçirib - 1:3.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar