"Neftçi"də legioner hücumçu 

"Neftçi"nin qış fasiləsində heyətinə qatdığı növbəti yeni futbolçu - braziliyalı Mateus Saldanya artıq Bakıdadır. 

Sports.az xəbər verir ki, son 6 ayı icarə əsasında Çinin “Çendu” klubunda keçirən 24 yaşlı forvard "ağ-qaralar"la anlaşma imzalayıb. 

Paytaxt təmsilçisi onun müqavilə ilə məxsus olduğu Yaponiyanın “JEF Yunayted” klubundan icarəyə götürüb. 

Saldanya peşəkar karyerasına ölkəsinin “Baya” klubunda başlayıb, daha sonra "JEF Yunayted"ə transfer olunub. Forvard peşəkar karyerası ərzində keçirdiyi 95 oyunda 10 qol vurub.  Son Çin çempionatında 17 qarşılaşmada meydana çıxan Saldanya 3 dəfə rəqib qapılarına yol tapıb. 

“Neftçi” qış transfer pəncərəsində bunacan 30 yaşlı müdafiəçi Hojjat Haqverdi və 26 yaşlı vinger Kilan Lebonu transfer etmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar