“Vilyarreal”ın rəsmi futbol düşərgəsi Azərbaycanda

İspaniyanın "Vilyarreal" klubunun rəsmi tərəfdaşlığı ilə Azərbaycanda Villarreal Football Camp təşkil olunacaq.
Təşkilatçı QOLAT Sport Services bildirib ki, düşərgə "Vilyarreal"ın dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi beynəlxalq futbol inkişaf proqramının tərkib hissəsidir. Qeyd olunub ki, bu layihə klubun akademiyasına və ya əsas komandasına seçim mərhələsi deyil.
Proqramın əsas məqsədi gənc futbolçuların peşəkar futbol mühitində təcrübə qazanması, beynəlxalq standartlarla tanış olması və "Vilyarreal" Akademiyasının məşq metodologiyasını yaxından öyrənməsinə şərait yaratmaqdır.
Üç gün davam edəcək düşərgə çərçivəsində iştirakçılar "Vilyarreal"ın məşq metodikası əsasında hazırlıq keçəcək, hər bir futbolçuya orijinal lisenziyalı klub forması təqdim olunacaq. Bundan əlavə, iştirakçılar fərdi performans qiymətləndirmə hesabatı və "Vilyarreal" Akademiyası tərəfindən təsdiqlənmiş iştirak diplomu alacaqlar. Fərqlənən futbolçular üçün xüsusi mükafatlar da nəzərdə tutulub.
Düşərgənin ən yaxşı iştirakçısı isə İspaniyada keçiriləcək Player Training Week proqramına qatılmaq və "Vilyarreal" Akademiyasının müvafiq yaş qrupu ilə beynəlxalq turnirdə çıxış etmək imkanı qazanacaq.
Təşkilatçılar bildiriblər ki, layihə azərbaycanlı gənc futbolçuların beynəlxalq futbol mühiti ilə yaxından tanış olması, fərqli məşq metodlarını mənimsəməsi və öz bacarıqlarını daha geniş platformada nümayiş etdirməsi məqsədi daşıyır.
Düşərgə ilə bağlı ətraflı məlumat və qeydiyyat QOLAT Sport Services vasitəsilə aparılır. Qeydiyyat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etmək mümkündür:
Telefon:
- +994 55 527 10 40
- +994 55 457 98 98
- +994 10 457 98 98
E-mail:
Veb-saytlar:
- villarrealcampbaku.com
- qolat.com
Ünvan:
Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 3/5, QOLAT Sport Services ofisi.






























