Azərbaycan futbolu
Benzya "Qarabağ"da - Rəsmi

26.01.2023 | 12:44
"Qarabağ" növbəti transferini reallaşdırır. Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzya artıq Bakıdadır.
Sports.az xəbər verir ki, 29 yaşlı bu dəqiqələrdə tibbi baxışdan keçir. Bir problem çıxmasa, Ağdam təmsilçisi əlcəzairli oyunçuyla bu gün müqaviləni rəsmiləşdirəcək.
Yassin Benzya Fransada Lion “Olimpik”i, "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbaxça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib.