“Qarabağ” yeni transferini rəsmən açıqladı - VİDEO

Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzyanın “Qarabağ”a keçidi rəsmiləşib.

Sports.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin "Qarabağ" forması ilə videosu paylaşılıb. Təqdimat videosunda futbolçunun 7 nömrəli formada çıxış edəcəyi görünür. Tərəflər 2.5 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Yassin Benzya Fransada Lion “Olimpik”i, "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbaxça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib. O, cari mövsümdə “Dijon”un heyətində meydana çıxmayıb.

Sonda onu da bildirək ki, Benzyanın "Qarabağ"a keçidinin rəsmiləşdiyinə dair ilk xəbəri Sports.az yazmışdı.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar