“Qarabağ” məşqçilər üçün yeni təlim proqramına start verib

“Qarabağ” məşqçilər üçün yeni təlim proqramına start verib

“Qarabağ” Futbol Klubunun akademiyasında çalışan məşqçilərin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Futbol Məşqçilərinin Peşəkar İnkişaf Proqramı”na start verilib.

 

Sports.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında (ASA) keçirilən və avqust ayı ərzində davam edəcək 30 saatlıq proqram müasir futbolun tələblərinə uyğun olaraq məşqçilərin liderlik, kommunikasiya, pedaqogika, psixologiya, uşaq hüquqları, eləcə də məşqçilik metodologiyası sahələrində bilik və bacarıqlarının artırılmasına yönəlib.

 

Təlimlər interaktiv formatda təşkil olunur. İştirakçılar situasiya təhlilləri, qrup müzakirələri, rollu oyunlar və praktik məşğələlər vasitəsilə əldə etdikləri bilikləri məşq prosesində tətbiq etmək imkanı qazanacaqlar.

 

Proqramın əsas məqsədi məşqçilərin peşəkar kompetensiyalarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək, futbolçular üçün sağlam və təhlükəsiz inkişaf mühitini gücləndirmək, həmçinin məşqçi, futbolçu və valideyn arasında səmərəli əməkdaşlığın formalaşdırılmasına töhfə verməkdir.

 

Təlimlər Gülsabah Əmirova, Sevinc Seyidova, Elcan Həsənli və Xəyalə Quliyeva tərəfindən keçiriləcək. Məşğələlər avqustun 4, 7, 11, 14, 18, 21 və 25-də iki qrup üzrə təşkil olunacaq.

 

“Qarabağ” Futbol Klubu gələcəkdə də futbol akademiyasında beynəlxalq təcrübəyə əsaslanan inkişaf layihələrinin həyata keçirilməsini davam etdirərək məşqçilərin peşəkar inkişafına xüsusi önəm verməyə davam edəcək.

Son xəbərlər
"Ölkəmizə göstərilən dəstəyi hiss etdik" - "Dinamo Kiyev"in baş məşqçisi
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
"Nottingem Forest" 40 milyon avroya müdafiəçi aldı
DAHA ÇOX

Ən çox oxunanlar