"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu

“Sabahın Ulduzları” turnirində U-14 liqasında III tura start verilib.
Sports.az xəbər verir ki, 11 qolun vurulduğu “Sumqayıt” – “Qarabağ” oyununda “atlılar” qələbə qazanıb.
“Azərbaycan Qartalları” “Qəbələ”ni, “Ulduz” isə “Vətən”i məğlub edib.
Bu gün daha üç matç baş tutacaq.
“Sabahın Ulduzları”
U-14 Liqası, III tur
“Sumqayıt” – “Qarabağ” 4:7
Qollar: Mehrac Əhmədli (19, 50, 70), Ramal Dünyamalı (69) // Abdulsalam Rəhimov (12, pen.), Ceymis Eziaşi (64, 71, 73, 80+1), Elgün Həbibov (67), İkram Əmirli (78).
“Azərbaycan Qartalları” – “Qəbələ” 3:1
Qollar: Murad Mustafayev (68), İsmayıl Bayramzadə (79, 80+4) // Hüseyn Kərimli (50)
“Vətən” – “Ulduz” 0:8
Qollar: // Ənvər Ağayev (9, 30), Səid Statema (12), Tunar Əliyev (38), Fərahim Kazımlı (40), Hünər Səmədli (41), Mehdi Əliyev (45), Raul Həsənov (77)





























