"Sabah" Buxarestə qələbə ilə gedir, "Araz Naxçıvan" və "İmişli"dən heç-heçə

"Sabah" Buxarestə qələbə ilə gedir, "Araz Naxçıvan" və "İmişli"dən heç-heçə

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edir. 

Sports.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.


Əvvəlcə “Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edib. Matç qolsuz bərabərliklə yekunlaşıb. Bu, Cavid Hüseynovun Naxçıvan klubunun baş məşqçisi kimi debüt oyunu olub. Eyni zamanda daha əvvəl “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov da baş məşqçi kimi Premyer Liqada debüt edib.  

Günün digər matçında isə son çempion gələn həftə Buxarestdə "Hapoel Beer Şeva" ilə Çempionlar Liqasının pley-off matçına çıxacaq “Sabah” doğma divarlar arasında “Kəpəz”i sınağa çəkib. Oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Misli Premyer Liqası

I tur

15 avqust 

20:45. “Sabah” - “Kəpəz” - 2:0

Qol: Coy Lens Mikels, 71-pen; Ksander Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”

18:30. “Araz-Naxçıvan” - “İmişli” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu 

16 avqust

19:00. “Sumqayıt” - “Neftçi”

21:00. “Zirə” - “Şəfa”

17 avqust

19:30. “Qarabağ” - “Şamaxı”

15 avqust

“Turan Tovuz” - “Qəbələ” - 1:0 

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar