"Qəbələ" "Şəfa"nı qəbul edir, "İmişli" "Zirə" səfərində

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun ilk matçında "Şəfa" Qəbələdə eyniadlı komandanın qonağı olacaq.
"Zirə" isə bu turda "İmişli"ni doğma meydanda qəbul edəcək.
"Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın "Kəpəz"lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb.
Azərbaycan Premyer Liqası, 2-ci tur
22 avqust
Qəbələ – Şəfa
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30
Zirə – İmişli
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust
Turan Tovuz – Şamaxı
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 18:30
Neftçi – Araz-Naxçıvan
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena” 20:45





























