Azərbaycan futbolu
Kiyev futbol məktəbinin yetirməsi "Gəncəbasar"da

02.09.2026 | 10:30
“Gəncəbasar” heyətini yeni futbolçu ilə gücləndirib.
Sports.az xəbər verir ki, I Liqa klubu Emil Bayramovu heyətinə cəlb edib.
Müdafiəçi mövqeyində çıxış edən Bayramov ilə klub arasında bir illik müqavilə imzalanıb.
Kiyevin "Smena-Obolon" futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizdə “Araz-Naxçıvan”, “Zirə” və “Cəbrayıl”da çıxış edib.
“Gəncəbasar” I Liqanın I turunda sentyabrın 4-də “Şimal”ın qonağı olacaq.
Son xəbərlər





























