"Sabah"dan tarixi yatırım

"Sabah"dan tarixi yatırım

Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldikdən sonra "Sabah"ın həyatında əməlli-başlı dinamik dövr başlayıb. 

Bu gün komandanın ÇL-dəki ev oyunlarını BOS-da keçirəcəyi bəlli olub, yeni sponsorla müqavilə imzalanıb, komanda ehtiyatda bir oyun olmasına baxmayaraq liderliyə yüksəlib. 

Amma bütün bunların fonunda günün və bəlkə də son illərin ən vacib hadisələrindən biri “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramını yaradılmasıdı.

Məncə, digər klublardan bu qərardan ilhamlanmalı və uşaq futboluna xüsusi diqqət ayırmaqdan başqa inkişaf yolunun olmadığını dərk etməlidirlər.

Avrokuboklara iddialı 5 klub var. Onlara ən azı qitə turnirlərində ölkəmizi layiqincə təmsil etmək üçün legionerlər mütləq lazımdı.

Qalanları dövlətin ayırdığı pulları mənasız legionerlərə dağıtmaqdansa, uşaq futboluna, akademiyalara, infrastruktura fikir versələr yaxşı olar.

Çünki, indiki yolun sonu maksimum bir neçə mövsüm elitadakı yerini qorumaqdı. 

Bu, nə klub kimi gələcəyə yatırım deyil, nə də milli komandalara heç bir fayda yoxdu...

Ölkə futboluna tək "fayda" bəlağətli danışa-danışa dövlətin futbolun inkişafı üçün ayırdığı pulu yox etməkdirsə, heç nə...

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Bizim əsas hədəfimiz klub olmaqdır" deyir.  
“Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramı sentyabrın 8-i 9 yaşını qeyd edəcək "bayquşlar"ın tarixində bu istiqamətdə atılan ən doğru addımdır və ən gözəl nümunədir.

Bu ölkənin balalarına, futbolumuzun gələcəyinə yazığınız gəlsin. Heç olmasa, "Sabah"ın Çempionlar Liqasınının Liqa mərhələsində iştirakına görə UEFA-dan gələcək pulu və dövlətin ayırdığı dotasiyanın uşaq futbolu üçün nəzərdə tutulan hissəsini təyinatı üzrə istifadə edin... 

Son xəbərlər
"Barselona"da Flikin əsas əvəzləyicisi o hesab olunur
Günün TV proqramı
"Sabah"la matçda het-trik edən futbolçu "Real"a keçir
Millimiz Omanı 4 qolla məğlub etdi
Millimizdən Litva ilə heç-heçə
U 20 İraqa qalib gələ bilmədi
Millimiz Farer adalarına qalib gəldi
Romariodan Ançelottiyə: "Əşyalarını yığ və rədd ol!"
"Arsenal" qapıçısı ilə anlaşıb
MS Fransa millisinin qapıçısı üçün 30 milyon avro ödəyə bilər
Xavi azarkeşlərdən üzr istədi
Fiquya prezidentlik təklifi
"Neftçi"də hakim qaydalarına dair seminar
"Kəpəz" - "Qarabağ" matçına bir günə 8400 bilet satıldı
İngiltərə klubu Kunde üçün ciddi məbləğ xərcləməyə hazırdır
"Barselona" müdafiə xətti üçün əsas hədəfini müəyyənləşdirib
Günün TV proqramı
Milli komandamız AVRO 2028-ə vəsiqə uğrunda pley-off şansını qaçırdı
Musiala geri dönür
Dövlət bəyin ölüsü də gözəldir
Millidə Emin Mahmudov erası Andorra qələbəsi ilə bitdi
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
"Mançester Siti" qışda futbolçu almayacaq
"Napoli" futbolçusu üçün təklif gözləyir
"Real" 2 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
“Real”ın istədiyi futbolçuya 300 milyon avro qiymət qoyuldu
"Sabah"ın rəqibi İspaniya millisinin üzvünə göz dikib
“Neftçi”nin qadın komandaları üçün seminar təşkil olunub
"Neftçi" veteran futbolçularını təbrik edib
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
DAHA ÇOX

Ən çox oxunanlar