"60 illik karyeramda belə penalti görməmişəm" - Kurban Berdıyev

"60 illik karyeramda belə penalti görməmişəm" - Kurban Berdıyev

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Turan Tovuz" "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sports.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"İki fərqli hissə izlədik. Birinci hissədə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik”.

- İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?

- Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, penalti var.

- 60 ildir futboldasınız. Penalti epizodunun təkrarına baxmısınız? Karyeranızda belə penalti görmüsünüz?

- Xeyr, belə hal olmayıb. Düzdü, uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.

- Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?

- Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar