"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov

"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə” doğma meydanda “Qarabağ” ilə 1:1 hesabı ilə bərabərə qalıb.

Sports.az xəbər verir ki, matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb:

"Olduqca sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çempionata yaxşı start götürüb. Azarkeşlərimizə təşəkkür edirəm. “Sabah”a qarşı böyük hesablı məğlubiyyətdən sonra bu gün bizimlə oldular. Uduza da bilərdik, qalib də gələ bilərdik. Oyunçuların nizam-intizamı kömək oldu. Eren Aydın, Giorge Papunaşvili, Bayere Lauye kimi zədələr bizi sistem dəyişikliyinə sövq etdi. “Turan Tovuz”la oyun bizi gözləyir. Olduqca önəmli matç olacaq".

- 3 ağır oyundan 4 xal qazandınız qarşıdan isə milli fasilə gəlir bu sizi narahat etmir?

- Təbii olaraq belə bir narahatlıq var. Milli fasilə bizə necə təsir edəcək dəqiq deyə bilmərik. Düzü belə istəməzdik. “Sabah”a məğlub olduq, lakin komandamız yaxşı oynadı son vuruşlarda çətinlik yaşamışdıq.

- Zədəli futbolçular nə vaxt qayıdacaq? Qapıçı da neçə vaxtdır yoxdur.

- Qapıçımız bərpa müddəti keçir. Braziliyadadır. Qədərimiz budur. 1 il ərzində 4 futbolçunun çiyni çıxıb. Bu, qismətdir. 20-ci dəqiqədə də Vierinya zədələndi.

- Sizcə, sistemi dəyişməyiniz Qurban Qurbanov üçün gözlənilməz idi və yaxşı matç alındı?

-  Ola bilər. Bu cür şeylər bəzən xeyir vermiş olur. Azərbaycan çempionatının keyfiyyətini artırmaq istəyirik.

- Sabah yenidən “Sabah”a qarşı oynasaydınız necə bir dəyişiklik edərdiniz?

- Müəyyən bir dəyişiklik edərdim. Ancaq yenə uğursuzluq ola bilərdi. Futbolda belə hadisələr olur. Joze Mourinyunun bir məsəli var ki, futbolda 5 oyunu 1:0 uduzmaqdansa, 1 matçda 5:0 məğlub olmaq daha yaxşıdır.

- Sizə ən çox “Payde”, yoxsa “Sabah” məğlubiyyəti təsir etdi?

- “Payde”. Mənim üçün “Payde” məğlubiyyəti çox ağır oldu. İnanırdım ki, komanda qruplara, pley-off mərhələsinə hazırdır. Avrokubokda bu cür hadisə yaşamaq mənim üçün böyük dərs oldu.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar