"İllər keçəcək bu oyun bizim ayıbımız kimi yadda qalacaq" - Mahir Emreli

"İllər keçəcək bu oyun bizim ayıbımız kimi yadda qalacaq" - Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə 0:0 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Sports.az xəbər verir ki, hücumçu matçdan sonra açıqlamasında komandanın oyun ərzində dominantlıq etdiyini, lakin son nöqtəni qoymaqda çətinlik çəkdiyini deyib.

“Dominantlıq edirdik, yəni oyunun əvvəlindən sonuna qədər topa sahib olurduq, durmadan hücumlar edirdik. Bilmirəm, rəqib qapısına neçə zərbə endirdik. Amma son nöqtəni qoymaq üçün ustalıq çatmadı. Nəyə bağlayım, bilmirəm. Hər halda sonda nəticə yadda qalır. İstədiyim qədər desəm də, illər keçəcək, bu oyun bizim ayıbımız kimi yadda qalacaq. Ona görə azarkeşlərimizdən, həmvətənlərimizdən üzr istəyirəm”.

M.Emreli rəqibin müdafiə olunmasına və buraxılmış qol imkanlarına da toxunub: “Bu, insanı bir az qıcıqlandırır. Çünki başa düşürsən ki, buraya heç-heçəyə belə qane olub gəlmişdilər. Açığı, hazırda sizinlə danışdığım bu dəqiqədə belə qaçırdığımız epizodlar gözümün qabağından keçir. Çox... Belə deyək, hazırda düşünürəm ki, komanda psixoloji baxımdan bu oyundan sonra yaxşı vəziyyətdə deyil. Gərək tez bir zamanda toparlanıb Litva ilə oyuna hazırlaşaq”.

Forvard baş məşqçi Ayxan Abbasovun bu görüş üçün komandaya verdiyi tapşırıqlardan da bəhs edib: “İlk hissədə sanki daha çox yerdən ötürmələrlə cərimə meydançasına daxil olmağa çalışırdıq. Amma baş məşqçimizin tələbi o idi ki, daha çox topu cərimə meydançasına qaldıraq və zərbələr endirək. Çünki istəyirdik ki, divar ötürmələri ilə rəqibin müdafiəsini yararaq hücum edək. Bilirdik ki, rəqib müdafiəyə qapanacaq. O dedi ki, fürsət olan kimi zərbə endirin”.

M.Emreli azarkeşlərə də müraciət edib və Litva ilə oyunda qələbə qazanmağın vacibliyini vurğulayıb: “Başa düşürəm. Dediyim kimi, hər birimiz – balacadan böyüyə hər kəsdən bu nəticəyə görə üzr istəyirik. Bunu biz etmişik. İstər futbolçular, istər digərləri - hər kəs bu barədə düşünür. Bunu düzəltmək də öz əlimizdədir. Üç gündən sonra Litvaya qalib gəlməliyik ki, həm özümüzə, həm də xalqımıza inamı yenidən qaytaraq, gücümüzü və inamımızı bərpa edək”.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar