Azərbaycan futbolu
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu

09.10.2026 | 18:00
Milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış 19 günlük fasilə bu gün başa çatıb.
Sports.az xəbər verir ki, oyunlar 7-ci turun matçları ilə bərpa olunub.
Bu günə nəzərdə tutulan 2 oyundan 1-i başa çatıb. “Araz-Naxçıvan” ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk görüşünə çıxıb. Komanda evdə “Kəpəz”ə uduzub.
Günün ikinci matçında isə mərkəzi oyun keçiriləcək. Turnir cədvəlinin liderləri “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.
9 oktyabr (cümə)
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:2
Qollar: Benito, 31, Rəhman Hacıyev, 86
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov Rəvan Həmzəzadə (VAR,
Şirmamed Mamedov (AVAR)
Şamaxı şəhər stadionu
Son xəbərlər





























