Futbolumuzun ikinci Bəhramovu...

Futbolumuzun ikinci Bəhramovu...

 

Azərbaycan futbolunun ikinci məşhur Bəhramovu, Masallı futbolunun əfsanəsi, 1998/1999 və 2001/2002 mövsümlərində ölkə çempionatının bombardiri...

"90-lar"ın sonu, "2000-lər"in əvvəli "Viləş"in lideri, kapitanı və vuran ayağı olan bu istedadlı futbolçu 1999-cu ilin aprel ayının 25-i "Turan"la oyunda futbolda nadir hallarda rast gəlinən heksa-trikə imza atır. Yəni, bir oyunda 6 qol vurur. 

Amma bu, Azərbaycan çempionatları tarixində bir oyunda ən çox qol vuran futbolçu olması üçün kifayət etmir. 

Belə ki, 1993/94 mövsümündə Yevlaxın "Avtomobilçi" komandası ilə qarşılaşmada (8:0) Fazil Pərvərov, 1996/97 mövsümündə "Şəmkir" klubuna qarşı keçirilən və 14:2 hesabı ilə başa çatan matçda isə "Kəpəz"in bir başqa hücumçusu Rövşən Əhmədov hepta-trikə, yəni 7 qola imza atıblar.

"Kəpəz"in və Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev 1992-ci ildə ilk ölkə çempionatında Gəncənin "Kəpəz" klubunun heyətində Cəlilabadın "Ümid" komandası ilə oyunda (13:1) deka-trik edərək rəqib qapısına 10 qol vurub. 
Lakin sonradan həmin matçın nəticəsi şübhəli sayılaraq ləğv olunduğu üçün bu göstərici rəsmi statistikaya düşməyib.

Alay Bəhramov müstəqil Azərbaycan tarixində bir komandada ən çox qol vuran futbolçuların siyahısında 93 qolla liderlər siyahısındadır və Nazim Əliyevlə 3-4-cü yerləri bölüşdürür.
O, "Yüzlər klubu"nda da 108 qolla ilk onluqda - 6-cı yerdədir.

Dekabrın 11-i Alay Bəhramovun 60 illik yubileyi olacaq. 
Masallıda bəh-bəhlə əfsanəvi Anatoli Banişevskinin adı verilən stadionda bir ara mal-qara otlayırdı. İndi bilmirəm durum nə yerdədir.
Amma Bəhramovun 60 illik yubileyində Masallıda veteranlar arasında bir yubiley matçı, istedadların itib-batmaması üçün uşaqlar arasında da Alay Bəhramovun şərəfinə bir turnir keçirilsə yaxşı olar.

Son xəbərlər
"Barselona"da Flikin əsas əvəzləyicisi o hesab olunur
Günün TV proqramı
"Sabah"la matçda het-trik edən futbolçu "Real"a keçir
Millimiz Omanı 4 qolla məğlub etdi
Millimizdən Litva ilə heç-heçə
U 20 İraqa qalib gələ bilmədi
Millimiz Farer adalarına qalib gəldi
Romariodan Ançelottiyə: "Əşyalarını yığ və rədd ol!"
"Arsenal" qapıçısı ilə anlaşıb
MS Fransa millisinin qapıçısı üçün 30 milyon avro ödəyə bilər
Xavi azarkeşlərdən üzr istədi
Fiquya prezidentlik təklifi
"Neftçi"də hakim qaydalarına dair seminar
"Kəpəz" - "Qarabağ" matçına bir günə 8400 bilet satıldı
İngiltərə klubu Kunde üçün ciddi məbləğ xərcləməyə hazırdır
"Barselona" müdafiə xətti üçün əsas hədəfini müəyyənləşdirib
Günün TV proqramı
Milli komandamız AVRO 2028-ə vəsiqə uğrunda pley-off şansını qaçırdı
Musiala geri dönür
Dövlət bəyin ölüsü də gözəldir
Millidə Emin Mahmudov erası Andorra qələbəsi ilə bitdi
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
"Mançester Siti" qışda futbolçu almayacaq
"Napoli" futbolçusu üçün təklif gözləyir
"Real" 2 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
“Real”ın istədiyi futbolçuya 300 milyon avro qiymət qoyuldu
"Sabah"ın rəqibi İspaniya millisinin üzvünə göz dikib
“Neftçi”nin qadın komandaları üçün seminar təşkil olunub
"Neftçi" veteran futbolçularını təbrik edib
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
DAHA ÇOX

Ən çox oxunanlar