"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
"İmişli" Yevlax şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək.
Bu, "Qarabağ"ın Azərbaycan çempionatları tarixində yubiley - 1000-ci oyunu olacaq.
Günün və turun son matçında isə "Turan Tovuz" "Şəfa"nın qonağı olacaq.
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev, Vüqar Həsənli (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu
18:30. “Şəfa” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov, Nicat İsmayıllı (VAR), Müslüm Əliyev (AVAR)
“SOCAR Polymer Arena”
Turun digər oyunlarının nəticələri:
“Araz-Naxçıvan” - “Kəpəz” - 0:2
“Neftçi” - “Sabah” - 0:0
“Sumqayıt” - “Qəbələ” - 4:1
“Zirə” - “Şamaxı” - 1:1





























