"Zirə"dən çətin qələbə - Azərbaycan kuboku

"Zirə"dən çətin qələbə -

Azərbaycan kuboku

Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi başlayıb.

Sports.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. "Araz-Naxçıvan" "Şimal"ı 6 "Marafon" "Zaqatala"nı 1 qolla üstələyərək 1/8 final mərhələsinə adlayıb.

Növbəti oyunlarda "Sumqayıt" "Kür-Araz"a 11:0, "Qəbələ" "Mingəçevir"ə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıblar.

Günün son matçında “Zirə” səfərdə “Səbail”lə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar yenidən hərəyə bir dəfə fərqləniblər və qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında isə daha dəqiq olan “Zirə” 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu mərhələnin oyunları 1 matçdan ibarətdir.

“Səbail” – “Zirə” - 2:2 (Penaltilər seriyası: 2:3)

Qollar: R.Martins, 9 (0:1), A.Qomes Soares, 90+1 (1:1), R.Martins, 96 (1:2), A.Qomes Soares, 117, (2:2)
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev
“Bank Respublika Arena"

“Kür-Araz” – “Sumqayıt” - 0:11

Qollar: A. Süleymanlı, 3, 35, N. Orucov, 13, N. Əhmədzadə, 28, 47, 56, R. Kehat, 42, S. Badolo, 65, R. Vaskes, 78, E. Mustafayev, 81, N.Orucəli, 84-pen.
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev
“SOCAR Polymer Arena”

“Qəbələ” – “Mingəçevir” - 3:0

Qollar: Z.Şəkərxanov, 38, E.Çekici, 42, B.Silva, 43
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov
Qəbələ şəhər stadionu

"Şimal” – “Araz-Naxçıvan” - 0:6

Qollar: Salyanski, 11, 87, 90, Muradov, 51, Rzayev, 52, İsgəndərov, 70
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev
Şamaxı şəhər stadionu

“Marafon” – “Zaqatala” - 1:0

Qol: Allahverdiyev, 59
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov
“Marafon Arena”

28 oktyabr (çərşənbə)

14:00. “İmişli” – “Qaradağ Lökbatan” 

14:00. MOİK – “Şahdağ Qusar”

14:00. “Hypers” – “Şamaxı”

16:00. “Şəfa” – “Ağstafa Gəncləri” 

19:00. “Kəpəz” – “Baku Sportinq”

29 oktyabr (cümə axşamı)

14:00. “Xankəndi” – “Gəncəbasar”

14:00. “Zəngəzur” – “Karvan Yevlax”

Son xəbərlər
"Nəticə bizim üçün qəbuledilməzdir" - Dambrauskas
"Bir xal qazandıq" - Azər Bağırov
Konte yenidən "Yuventus"un baş məşqçisi olacaq?
"Sabah" "Şamaxı"ya qarşı
"Sabah" "Şamaxı"ya qarşı
"Məqsədimiz həmişə udmaq olub" - "İmişli"nin məşqçisi
"Ard-arda xal itkiləri bizi narahat edir" - "Sumqayıt"ın baş məşqçisi
"Barselona"nın 2 futbolçusu zədəsini sağaldıb
Rodri "Mançester Siti"yə qarşı oynamaq istəyir
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
İkardinin qızı özünü otağa bağlayıb
Mourinyo: "Mükəmməl oyun nümayiş etdirdik"
Günün TV proqramı
"Sumqayıt" Yevlax səfərində, "Şamaxı" "Sabah"a qarşı
Premyer Liqadan 2 "elçi"si var - Çempionşipin bombardirinin
"Barselona" müdafiə xəttini gücləndirmək istəyir
Hamann Ter Ştegenin milliyə dəvət olunmasını başa düşmür
"Liverpul" Nqumoa ilə bağlı bütün təklifləri rədd edəcək
"Napoli"də vəziyyət gərgindir
"PSJ yüksəlişdə olan komandadır"
"Liverpul" Van Daykla bağlı qərarını verib
"Şəfa" - "Araz-Naxçıvan" - Start heyətlər
"Napoli" "sükan"ı portuqaliyalıya tapşıra bilər
"Komo" rəsmisindən Pasla bağlı açıqlama
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Real"ın qapıçısı milliyə dəvət olunmadı
"Barselona"nın qış transfer planı
"Mançester Yunayted" tələsmir
"Qələbə "Turan Tovuz"un haqqı idi
DAHA ÇOX

Ən çox oxunanlar