"Neftçi" liderliyə yüksəldi, "Kəpəz" "İmişli"ni qəbul edəcək

Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir.
Sports.az xəbər verir ki, üçüncü oyun gününə nəzərdə tutulan matçlardan biri artıq başa çatıb.
“Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatlb. Beləliklə, paytaxt klubu bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib.
“Kəpəz” isə doğma divarlar arasında “İmişli”ni sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
10-cu tur
1 noyabr (bazar)
15:00. “Şamaxı” - “Neftçi” - 2:3
Qollar: Qustavo Klisman, 14 (0:1), Abdullahi Şuaybu , 24 (1:1), Breno Almeyda, 49 (1:2), Ayman Bouali, 64 (2:2), Adeleke Akinyemi, 75 (2:3)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu
17:30. “Kəpəz” - “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” - “Şəfa”
30 oktyabr (cümə)
“Turan Tovuz” - “Sabah” - 3:2
31 oktyabr (şənbə)
“Qəbələ” - “Qarabağ” - 0:0
“Araz-Naxçıvan” - “Zirə” - 2:2





























