“Qarabağ” mübarizəni dayandırdı

“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsində ikinci oyununa çıxıb.
Sports.az xəbər verir ki, Ağdam klubu Belçikanın “Gent” komandası ilə bu dəfə səfərdə qarşılaşıb.
Bir həftə öncə bu rəqibinə Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabıyla qalib gəlmiş Qurban Qurbanovun kollektivinə mərhələ adlamaq üçün səfərdə heç-heçə də bəs edirdi. Amma bu matçda hesabı meydan sahibləri açıblar. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda da ümumi hesab dəyişməz qalıb. Belədə, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Gent" növbəti mərhələyə yüksəlib. "Qarabağ" isə mübarizəni dayandırıb.
Xatırladaq ki, bu, Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağı idi. “Qarabağ” ötən il də bu mərhələdə Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşmış və mübarizəni dayandıran tərəf olmuşdu.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
23 fevral
Gent – Qarabağ 1:0 (penaltilər - 5:3)
Qol: G.V.Orban, 74.
Hakimlər: Villiam Kollum, Fransis Konnor, David Roome, Nikolas Valş (hamısı Şotlandiya).
VAR: David Coote (İngiltərə).
AVAR: Lee Betts (İngiltərə).
Gent. “Gelamko Arena”.
Gent: 33. Deyvi Rof, 5. Mişel Nqadye-Nqadyui, 7. Hönseok Hon, 11. Uqo Kuypers, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23. Cordan Torunariqa, 24. Sven Kums, 25. Nurio Fortuna, 29. Loran Depuatr, 31. Bruno Qodo.
Ehtiyat oyunçular: 1. Pol Nardi, 2. Cozef Okumu, 10. Yens Petter Hauqe, 12. Noa de Ridder, 15. Bram Laqae, 19. Malik Fofana, 20. Gift Villi Orban, 22. Seleyman Marre, 27. Rune van den Berq, 28. Robbi van Hater, 35. Sederik van Dale, 39. Matias Fernandes.
Baş məşqçi: Heyn Vanhazebruk.
Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.