“Neftçi”də sağlamlıq durumu - VİDEO

Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"la oyunda zədələnən "Neftçi"nin futbolçusu Ataa Caber məşqlərə başlayıb.

Sports.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O, İsraildən olan 29 yaşlı yarımmüdafiəçinin fiziki hazırlıq üzrə mütəxəssislə məşq etdiyini bildirib: "Onun növbəti həftə komandaya qoşulacağını düşünürəm".

"Neftçi" bu gün 27-ci tur çərçivəsində "Kəpəz"i qəbul edəcək. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar