“Sabah”dan 50-ci qələbə

“Sabah” Premyer Liqada 50-ci qələbəsini qazanıb.

Sports.az xəbər verir ki, bu, mövsümün 27-ci turuna təsadüf edib. 

Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb. “Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.

Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar