Azərbaycan futbol tarixinin ən böyük ismi

Azərbaycan futbolunun gəlmiş keçmiş ən böyük isminin doğum günüdür. Futbolumuzda bir əsrlik tarix yazmış adamın hələ cəmi 51 yaşı tamam olur.

Bəli, Ələkbər Məmmədov Avropa çempionu olmuş SSRİ yığmasının heyətində seçmə oyunlarda iştirak edib, "Milan"a Milanda 4 qol vurub.

Bəli, Anatoli Banişevski SSRİ yığmasında Dünya Çempionatında medal qazanıb, Avropa Çempionatında final oynayıb.

Bəli, Əhməd Ələsgərov bir neçə ölkənin əməkdar məşqçisi adına layiq görülüb və s.

Amma Qurban Qurbanov Azərbaycan futbol tarixini, fəlsəfəsini dəyişən isimdi.

O, yalnız "Qarabağ"la beynəlxalq arenada qazandığı nəticələrə görə deyil, həm də bu xalqın futboldakı məğlub psixologiyasını dəyişməyə görə "Ən böyük isim" sözlərini haqq edir.

Futboldakı nəticələri bir kənara qoysaq, Qurbanov davranışı, məğrurluğu, dünyaya ədalətli oyun örnəkləri verməsi, bütövlükdə şəxsiyyəti ilə onunla yalnız futbol adamı deyil, həm də ləyaqətli bir azərbaycanlı kimi fəxr etməyimizə səbəb olub.

Zaqatalanın Aşağı Tala kəndində, kasıb bir ailədə dünyaya gələn Qurban Qurbanov mübariz xarakteri, çalışqanlığı, daim öz üzərində işləməyi ilə həm futbolçu, həm məşqçi kimi adını Azərbaycan futbol tarixinə yazdırmağı bacarıb.

Azarkeşlərin ondan gözləntiləri hələ çoxdur. Artıq Azərbaycan xalqı klublarımızın avrokubok qazanmasını, millinin ən azı Avropa və Dünya çempionatlarının finalında iştirak etməsini arzulayır. Bunları düşünəndə ağla gələn, azarkeşlərimizdə bu ümid işığını yandıran ilk ad-soyaddır - Qurban Qurbanov.

Arzuların, xəyalların gerçəkləşməsi, daha böyük zəfərlər diləyi ilə!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar