Qardaşlıq qazansın!

"Turan Tovuz" - "Fənərbağça" oyununda anşlaq olacaq!
Bu axşam saat 20.00-da Tofiq Bəhrampv adına Respublika stadionunda başlayacaq oyuna demək olar ki, bütün biletlər artıq satılıb.
Azərbaycanı ilk dəfə Avropa turnirlərində təmsil edən Tovuzun təmsilşisi 32 il sonra "Fənərbağça"nı ölkəmizdə qəbul edəcək!
Qardaşlıq görüşü həssas siyasi dönəmdə keçiriləcək.
Məncə, 2000-ci ilin oktyabrında keçirilmiş Dünya Çempionatının Bakıdakı seçmə oyunu Azərbaycan - Türkiyə futbolu tarixində öz aramızdakı qarşılaşmalarda ən gərgin matçdır.
O zaman stadionda idim.
Komandamıza tribunaların möhtəşəm dəstəyi vardı.
Düzdü, təxribatçılar da iş başında idi. Bu, meydana da sirayət etmişdi. Futbolçular da bir-birinə qarşı çox aqressiv idi.
Halbuki, həmin heyətin 90 faizi UEFA Kubokunu və Avropa Superkubokunu qazanmış "Qalatasaray"ın Azərbaycanda demək olar hər kəsin sevdiyi futbolçuları idi.
Stadionda onminlərlə insanın toplaşdığı bir vaxtda istənilən an təxribat törətmək, kütləni hansısa istiqamətə yönəltmək mümkündür.
Odur ki, axşamkı matçda təhlükəsizliyin ən yüksək səviyyədə olacağı şübhəsizdir.
Bir də səmimi deyim ki, özgə vaxt "Fənərbağça"nın, ya hansısa başqa klubun belə qarşılanmasını əziklik kompleksi kimi qəbul edərdim.
Amma indiki dönəmdə bu, çox yaxşıdı.
Türkiyə - Azərbaycan münasibətlərini korlamaq istəyənlər sabah yenidən iş başında ola bilər.
Amma əminəm, sonda qazanan qardaşlıq olacaq!
Hər iki komandamıza uğurlar!
Qardaşlıq qazansın!






























