Sports.az-dan günün oyunu

"Sürix" - "Qarabağ" 

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" bu gün İsveçrədə ağır sınağa çıxacaq.
Çempionumuz Bakıdakı 3:2 hesablı üstünlüyü qorumaq üçün mücadilə edəcək.  Komandamızın meydan sahiblərinin güclü təzyiqinə davam gətirəcək təcrübəsi var. 
Amma "Sürix"in İtaliya millisinin üzvü Vilfrid Qnontonun da daxil olduğu hücum xətti yetərincə sürətlidir və potensialı kifayət qədər yüksəkdir.
İsveçrəlilərin qapıçısı inamlı deyil. Müdafiə xətti nizamsızdır, müdafiəçiləri yetərincə ağırdır. Üstəlik, komanda növbəti mərhələyə keçmək istəyirsə mütləq hücum etməyə məcburdur. Bu isə təcrübəli Avropa döyüşçüsü, oturuşmuş heyətə və sürətli hücum xətti oyunçularına malik "Qarabağ" üçün göydəndüşmə fürsətdir. 

Etopaz "Qarabağ"ın mərhələ keçəcəyinə 1.42, Qol/Qol-a 1.57, ÜST 2.5-ə 1.68, "Qarabağ"ın heç-heçə və ya qələbəsinə olan CÜT ŞANSa 1.64 əmsal verir. 
Bu variantların hər birinin gəlmək ehtimalı yüksəkdir. 

"Qarabağ"ın qələbəsi 3.1, heç-heçə 3.6, ÜST 3.5 2.75, ÜST 4.5 isə 5 əmsaldır. 
Yuxarıdakılardan daha riskli olsa da, bu sürpriz variantlara da mərc etmək olar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar