Neymar Braziliya millisindən gedir?

Fransanın PSJ klubunda çıxış edən Neymar Braziliya millisindəki karyerasını başa vura bilər.

Sports.az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlamasında bildirib.

Təcrübəli forvard hazırda bu məsələ ilə bağlı danışmağın çətin olduğunu söyləyib: “Hazırda doğru düşünə bilmirəm. Milli komanda karyeramın bitdiyini deyə bilmərəm. Amma oynayacağıma da zəmanət verə bilmirəm”.

Xatırladaq ki, Braziliya yığması Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar