Azərbaycanın 7 boksçusu finalda

Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. 

Sports.az xəbər verir ki, döyüşlərin yekuna Azərbaycan millisinin finalda mübarizə aparacaq idmançılarının sayı 7-yə çatıb.

51 kq çəkidə Sübhan Məmmədov 1/2 finalda Bertalan Kusa (Macarıstan) qalib gəlib. O, həlledici görüşdə Erik Katona (Slovakiya) ilə üz-üzə gələcək.

Tağı Nəsibov (54 kq) yarımfinalda macarıstanlı Matyas Naqi ilə qüvvəsini sınayıb. Boksçumuz ilk raundda tam üstünlüklə qələbə qazanıb. O, finalda Kozak Kevinlə döyüşəcək.

Məhəmmədəli Aşurəliyev (57 kq) də qızıl medal uğrunda mübarizəni davam etdirəcək. Yarımfinalda Atilla Farkasa 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn yığma üzvü finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmmədəli Qasımzadə (60 kq) yarımfinalda Mirko Meşarosa (Macarıstan) ikinci raundda tam üstünlüklə qalib gəlib. Təmsilçimiz çempionluq üçün Levent Olanla (Macarıstan) döyüşəcək.

75 kq-da Fərhad Şeydayev də uğurlu çıxışını davam etdirib. O, yarımfinalda Zolt Nemetdən (Macarıstan) güclü olub. Həmyerlimiz həlledici qarşılaşmada İstvan Şüslə (Macarıstan) üz-üzə gələcək.

Onlardan fərqli, İnci Məcidli (50 kq) və Ömər Aslanlı (54 kq) yarımfinalda məğlub olduqlarından bürünc medala sahib olublar.

Qeyd edək ki, bu gün keçiriləcək final döyüşlərində həmçinin Banuçiçək Nəsirli (46 kq) Silviya Meltzerlə (Rumıniya), Özləm Həsənova (63 kq) Amaliya Tuqu (Rumıniya) ilə üz-üzə gələcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar