Əsgərov Avropa kuboku oyununa təyinat aldı

Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb.

Sports.az xəbər verir ki, o, qadın həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələsinin “Ankara Yenimahalle BSK” – “Veneso Velo” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Sentyabrın 23-də Ankaranın “Qazi Mustafa Kamal Atatürk idman kompleksi”ndə keçiriləcək oyunu xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar