Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi 

İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi başlayıb.

Konqresdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti də iştirak edir.

Bu gün qurumun aparıcı qitə təşkilatı - Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə seçkilər olub. 
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə səs çoxluğu ilə Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə üzv seçilib. 

Səsvermədə iştirak edən 39 Avropa ölkəsindən 31-i Nərgiz Mahmudzadəyə səs verib.

Konqres oktyabrın 6-na kimi davam edəcək.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar