Digər
AVF rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı
01.10.2024 | 14:45
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb.
Sports.az xəbər verir ki, İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci raundunun “Şönenverd” (İsveçrə) - “CSM Korona" (Braşov, Rumıniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Görüşü niderlandlı Helena Qeldof və ispaniyalı Karlos Alberto Robles Qarsiya idarə edəcəklər.
Oyun bu gün İsveçrənin Şönenverd şəhərində keçiriləcək.