“Komandamızın hücum və müdafiə potensialı çox yüksəkdir”

“Komandamızın hücum və müdafiə potensialı çox yüksəkdir”

“Komandamızın həm hücum, həm də müdafiə potensialı çox yüksəkdir”.

Sports.az xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Bakıda keçirilmiş yoxlama oyunları ilə bağlı fikirlərini bölüşüb. O, başçılıq etdiyi kollektivin gücünü görmək baxımından bu matçların əhəmiyyətli olduğunu söyləyib:

“Paytaxt səfərində “Neftçi” və “Abşeron” komandaları ilə keçirdiyimiz yoldaşlıq görüşləri bizim üçün məhsuldar oldu. Onu deyim ki, komandamızın həm hücum, həm də müdafiə potensialı çox yüksəkdir. Hesabdan asılı olmayaraq, üzərində çalışdığımız oyun sxemini təkmilləşdirmək və daha da yaxşılaşdırmaq üçün iki əhəmiyyətli oyun keçirdik. Nəyi düzəltməli olduğumuzu müəyyən etdik. Çatışmazlıqlarımız və daha yaxşı etməli olduğumuz bacarıqlar üzərində işləməklə mövsümə ən yaxşı şəkildə başlayacağıq”.

Halil Atlı yeni oyunçuların potensialı barədə də danışıb:

“Komandamıza cəlb etdiyimiz basketbolçuların potensialı bizi qane edir. Birlikdə oynamağı öyrənirlər, bir-birlərini tanıyırlar. Hazırlıq matçları bir çox fərqli parametrləri görmək baxımından çox məhsuldar keçdi və oyunçularımız ilk dəfə bir-biri ilə matç mühitində oynadılar. Bizim komandanı gücləndirəcək və inkişaf etdirəcək hərtərəfli bacarığa malik oyunçu heyətimiz var”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Son xəbərlər
DÇ: Millimiz ilk görüşdə Perunu sınağa çəkəcək
Millimiz Latviyaya yollandı
AÇ: Millimiz seçmə mərhələdə növbəti oyununu keçirəcək
İnsinye İtaliya A Seriyasına qayıda bilər
Seçmə mərhələdə sonuncu oyunlar keçiriləcək
Yüksək Liqada 7-ci turun oyunları keçiriləcək
Yığmamız Cəbəllütariqə qarşı
Sörlot Türkiyə Super Liqasına keçmək istəmir
Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək
Millimiz Monteneqroya qarşı
Azərbaycan güləşçiləri İslamiadada mübarizəyə başlayır
Levandovski İngiltərə nəhəngindən təklif aldı
“Real”ın iki hücumçusu Madrid klubunu tərk edə bilər
AFFA-dan gözləntilər
“Liverpul” ulduz müdafiəçisinə son təklifini ünvanladı
PSJ müdafiəçisi ilə müqaviləsini yenilədi
Konteni “Napoli”nin sükanı arxasında əvəz edə biləcək mütəxəssis məlum oldu
“Real”ın müdafiəçisi ciddi zədədən yayındı
Almaniya və Niderland da DÇ-2026-da!
Linekerdən Messi və Ronaldo müqayisəsi
Haland İtaliya yığması üzərində möhtəşəm qələbəni şərh etdi
Azərbaycan millisindən İslamiadada ikinci qələbə
Rusiya millisinin baş məşqçisi Premyer Liqa klubundan ayrıldı
Azərbaycan karateçilərindən Çanaqqalada uğurlu nəticə
“Yuventus” “Elçe”nin yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycanın iki qılıncoynadanı İslamiadada medal qazandı
“Sabah”ın basketbolçularına milli dəvət
MY “Sportiinq”in yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycan atleti İslamiadada 3-cü oldu
Azərbaycan birinciliyinə start verilib
DAHA ÇOX

Ən çox oxunanlar