“Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı”

“Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı”

“Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı”.

Sports.az xəbər verir ki, bunu "Sumqayıt"ın oyunçusu Kaelen Meloun "Ordu"ya uduzduqları (80:103) Azərbaycan Basketbol Liqasının I turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, qarşılaşmanın əvvəlində çox səhv etdiklərini bildirib:

"Ötürmələrdə aşağı göstəricilərlə oynadıq. Bu da oyunda böyük fərq yaratdı. Rəqib hücumda çox yaxşı idi, topla da yaxşı rəftar edirdi. Müdafiədə daha etibarlı oynamalıyıq. Ümumiyyətlə, bizdə çatışmayan komanda oyunudur. Çünki əksəriyyətimiz burada yeniyik. Hələ də bir-birimizə öyrəşməmişik. Buna baxmayaraq, çalışırıq ki, məşqçinin bizə aşıladığı taktikanı doğru həyata keçirək. Hələ ki, anlaşmada problemlər var".

Basketbolçu 2-ci turda "Lənkəran"a qarşı keçirəcəkləri matç haqqında da fikirlərini bölüşüb:

"Son 3 gündə məşq prosesi çox faydalı oldu. Rəqibin oyununu təhlil etmişik. Amma daha çox öz oyunumuza köklənməliyik. Hələ ki, heyətimiz kifayət qədər kompakt deyil. Əsas atışlara diqqət ayırırıq. Mən hələlik bu liqada yeniyəm. Komandaları tanımağa çalışıram. İndiki vəziyyətdə hansısa komandaya üstünlük verə bilmərəm. İstənilən halda, hər oyun bizim üçün çətin olacaq. Əsas məsələ yaxşı müdafiə olunmaqdır. İlk oyunda azarkeşlər bizi çox yaxşı dəstəklədilər. Bu, çox xoşuma gəldi".

Son xəbərlər
“Komandanın hazırlığından razıyam”
Günün oyunları – TV
“Olimpik” Endriki icarəyə götürmək istəyir, amma…
DÇ: Millimiz ilk görüşdə Perunu sınağa çəkəcək
Millimiz Latviyaya yollandı
AÇ: Millimiz seçmə mərhələdə növbəti oyununu keçirəcək
İnsinye İtaliya A Seriyasına qayıda bilər
Seçmə mərhələdə sonuncu oyunlar keçiriləcək
Yüksək Liqada 7-ci turun oyunları keçiriləcək
Yığmamız Cəbəllütariqə qarşı
Sörlot Türkiyə Super Liqasına keçmək istəmir
Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək
Millimiz Monteneqroya qarşı
Azərbaycan güləşçiləri İslamiadada mübarizəyə başlayır
Levandovski İngiltərə nəhəngindən təklif aldı
“Real”ın iki hücumçusu Madrid klubunu tərk edə bilər
AFFA-dan gözləntilər
“Liverpul” ulduz müdafiəçisinə son təklifini ünvanladı
PSJ müdafiəçisi ilə müqaviləsini yenilədi
Konteni “Napoli”nin sükanı arxasında əvəz edə biləcək mütəxəssis məlum oldu
“Real”ın müdafiəçisi ciddi zədədən yayındı
Almaniya və Niderland da DÇ-2026-da!
Linekerdən Messi və Ronaldo müqayisəsi
Haland İtaliya yığması üzərində möhtəşəm qələbəni şərh etdi
Azərbaycan millisindən İslamiadada ikinci qələbə
Rusiya millisinin baş məşqçisi Premyer Liqa klubundan ayrıldı
Azərbaycan karateçilərindən Çanaqqalada uğurlu nəticə
“Yuventus” “Elçe”nin yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycanın iki qılıncoynadanı İslamiadada medal qazandı
“Sabah”ın basketbolçularına milli dəvət
DAHA ÇOX

Ən çox oxunanlar