“Qələbə seriyasını davam etdirməyi planlaşdırırıq”

“Qələbə seriyasını davam etdirməyi planlaşdırırıq”

“Öz işimizi yaxşı gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq”.

Sports.az xəbər verir ki, bunu "Quba"nın basketbolçusu Davonte Kraven klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının V turunda "Ordu"ya qalib gəldikləri matça (101:75) toxunub:

"Qələbə qazanmalı olduğumuzu bilərək bu qarşılaşmaya çıxmışdıq. Bundan əvvəlki turda da qalib gəldik. Hamımız diqqətimizi “Ordu” ilə matça cəmləmişdik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq. Öz işimizi yaxşı gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq".

D.Kraven komanda yoldaşı Kameron Consun çıxışı barədə danışıb:

"Onunla birlikdə yaxşı oynadıq. Amma daha yaxşısını edə bilərdik. Gözləntilərim hər ikimizin göstərdiyi performansdan qat-qat yüksəkdir".

Basketbolçu növbəti turda qarşılaşacaqları "Şəki" ilə oyuna kökləndiklərini vurğulayıb:

"Mənə elə gəlir ki, bu matçda qalib gələcəyik və seriyamızı davam etdirəcəyik. Təbii ki, asan olmayacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Azərbaycan Basketbol Liqasında qalib gələ bilməyəcəyimiz komanda yoxdur".

O, ev oyunlarını Qubada keçirmələrinə də münasibət bildirib:

"Azarkeşlərimiz sayəsində Qubada oynamaq böyük üstünlükdür. Onlar arenanı evimiz kimi hiss etdirirlər. Təbii ki, evdə oynamaq hər zaman yaxşıdır. Biz də qalib gələrək Qubada olan azarkeşlərimizi sevindirmək istəyirik".

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək "Quba" - "Şəki" görüşü saat 16:00-da başlayacaq.

Son xəbərlər
AFFA ilə FİFA arasında lisenziya müqaviləsi imzalanıb
MY məşhur mütəxəssisi dəvət etmək niyyətindədir
9-cu tura yekun vuruldu
“Bu gün daha yaxşı təsir bağışladıq”
“Liverpul” vacib müdafiəçisinin itkisi ilə barışmaq üzrədir
FIFA Rusiya klubuna transfer qadağası qoydu
“Qəbələ” ilə oyun daha çox məlumat xarakterli idi” - Demçenko
“Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi
“Atletiko” Raspadoriyə əvəz tapdı
Belçika millisinin üzvü “Monako”da
Kompanidən Bundesliqada yeni nailiyyət
2026-cı ilin ilk turu rəqəmlərin gözü ilə
“Liverpul”un sükanı arxasına namizəd var
“Kəpəz”in yeni tərəfdaşı
AVF yeni seleksiya prosesinə start verib
Azərbaycan klubu yarışlardan kənarlaşdırıldı
Xabi Alonso istefasından əvvəl “Real”ı tənqid edib
AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza
Letiç “Sabah”a bu sözlərlə vida etdi
“Qarabağ”ın növbəti iki yoxlama oyununun başlama saatı açıqlandı
“Vest Hem”in ulduzu “Tottenhem”ə keçməkdən imtina etdi
“Xankəndi” yeni baş məşqçisini açıqladı
Ötən ilin ən yaxşı fransalı məşqçisi bəlli oldu
Millinin heyəti açıqlandı
MS “Nottingem Forest”in yarımmüdafiəçisini gözaltı etdi
“Dodo mənə “Qəbələ” haqqında çox danışmışdı”
Azərbaycanlı hakimə beynəlxalq təyinat
AKAF-da hesabat xarakterli iclas keçirildi
Klopp “Real”ı çalışdırmaq fikrinə açıqdır
“Xankəndi” təcrübəli futbolçusu ilə vidalaşdı
DAHA ÇOX

Ən çox oxunanlar