Digər
Bu gün Yüksək Liqada 5-ci turun oyunları keçiriləcək
![](https://sports.az/file/articles/2025/01/09/1736409050_d76860d1-6024-3284-878d-932136ee772e_850.jpg)
09.01.2025 | 11:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 5-ci turun oyunları keçiriləcək.
Sports.az xəbər verir ki, turun bütün oyunları eyni gündə təşkil ediləcək.
Saat 16:00-da “Murov Az Terminal” - “Abşeron”, bundan iki saat sonra isə “Azərreyl” - “Gəncə” matçları start götürəcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Saat 17:00-da isə UNEC və “Milli Aviasiya Akademiyası” münasibətlərə aydınlıq gətirəcək. Görüş UNEC klubunun idman zalında baş tutacaq.