Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb

Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sports.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən imzalanma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbut katibi Murad Fərzəliyev, Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov, Audiovizual sənayenin təhlili və strateji inkişafı şöbəsinin müdiri Rüfət Qarazadə, Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov iştirak ediblər.

Əməkdaşlıq memorandumu Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında ölkə idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliğini nəzərdə tutur.

Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlərin ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək vəzifələrini özündə birləşdirir.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını söyləyib. “Biz bu işə Milli Olimpiya Komitəsi olaraq, çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəsilə tanıdaq. Film sahəsində “qadınlar idmanda” mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik”.

Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib.

Qurum rəsmisi “Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. Orxan Sadıqov həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Çıxışlar başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov əməkdaşlıq memorandumu imzalayıblar.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

Son xəbərlər
“Real”ın ulduzu London təmsilçisinə qoşula bilər
“Fiorentina”da yeni baş məşqçi
“Zirə” “Turan Tovuz”a qarşı - YENİLƏNİR
Stolüstü tennisçilərdən İslam Həmrəyliyi Oyunlarına uğurlu start
NTD “Gəncə”yə də uduzdu
“Çelsi” “Real”ın məzununu hədəfə aldı
“Neftçi”nin əvəzediciləri “Şamaxı”ya uduzdu
“Qarabağ” derbilərdə 12 darmadağına imza atıb
Azərbaycan atıcısı DÇ-də gümüş medal qazandı
“Napoli” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycan çempionatları tarixində ilk dəfə: Eyni cütün 100-cü görüşü
Əbilova İslamiadada 3-cü oldu
Azərbaycan derbilərində “Qarabağ” qələbə sayında daha üstündür
Deku “Barselona”nın uğurlu çıxış etməsi üçün nəyə ehtiyacı olduğunu açıqladı
Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb
“Qarabağ”la “Neftçi” arasındakı görüşlərdə ən çox qeydə alınan hesablar
“Çelsi” Bundesliqada yeni ulduz tapdı
AHF rəsmisi Avropa Kuboku matçına təyinat aldı
Arda Gülər “Real”ın ən yaxşısı seçildi
Qehi “Real”a dəqiq cavab verdi
Bakıda UEFA C kursu keçirilir
AFFA rəsmisi "Bayern" - "Arsenal" matçına təyinat aldı
“Liverpul” “Bornmut”a təklif ünvanladı
Millimiz İspaniyada keçirilən dünya çempionatının qalibi oldu
Azərbaycan şahmatçılarından AÇ-də 3 medal
Laporta “Barselona”nın əfsanəsini şərəfləndirmək niyyətindədir
“Gəncə” NTD ilə üz-üzə
Günün oyunları – TV
“Barselona” Yamalın “dərdinə çarə” tapmaq üçün mütəxəssisə müraciət etdi
“Barselona” Yamalın tərəqqisi üçün ən yaxşı yerdir”
DAHA ÇOX

Ən çox oxunanlar