“Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil”

“Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil”

“Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq.

Sports.az xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Sərhədçi” ilə qarşılaşmadan sonra fikirlərini bildirərkən deyib.

Mütəxəssis oyunçuların bir-birilərini daha yaxşı tanımalı olduğunu vurğulayıb:

“Yeni transferlərdən razıyam. Lakin biz cəmi üç-dörd məşq keçirdik. Komandamız yenilənib. Çətin olacaq. Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq. Daha çox məşq etməliyik. Biz ruhdan düşmürük. Hələ çempionatın çox hissəsi qabaqdadır. Növbəti oyuna hazırlaşacağıq. Hər növbəti oyunda daha yaxşı oynayacağıq. Qələbələr mütləq gələcək. Sadəcə oyunçular bir-birini daha yaxşı tanımalıdırlar. Biz güclü bir komandaya qarşı oynadıq. "Sərhədçi" yaxşı basketbol nümayiş etdirir. Onların yaxşı məşqçisi var və onlar uzun müddətdir birlikdə oynayırlar. Lakin bizim də öz hədəflərimiz var və biz onlara doğru gedirik”.

Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan “Sərhədçi” - NTD görüşü meydan sahiblərinin 78:64 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət
“İmişli” “Kəpəz”ə qarşı - YENİLƏNİR
MOK üçün 30 illik yubiley loqoları
1-ci Liqa klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar
“Qarabağ”ın ÇL oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxır
“Toplanış komandamız üçün çox faydalı oldu”
Mbappe Ronaldo və Messinin nailiyyətini təkrarladı
“Mançester Siti” üçün əlamətdar oyun
Bakıdakı DÇ-yə daha iki komanda vəsiqə qazandı
Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurdu
Günün oyunları – TV
İngiltərə klubundan “Palmeyras”a
“İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı
“Real”da inamlı qələbə
“İnter” qalib gəldi, “Yuventus” xal itirdi
PSJ 3 xalı 5 qolla qazandı
“Beşiktaş”dan heç-heçə, “Qalatasaray”dan darmadağın
“Bayern”dən darmadağın
“Mançester Siti” “Liverpul”a qalib gəldi
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Yeniyetmələr arasında ölkə çempionatının qalibləri bəlli oldu
Azərbaycan karateçilərindən Limassolda 6 medal
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
DAHA ÇOX

Ən çox oxunanlar