Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.

Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul-6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.

Azərbaycanın U-18 millisi sonuncu çempionatda bürünc mükafatın sahibi olub.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar