Xəlilovlar ailəsinin acı günü

Xəlilovlar ailəsinin acı günü

Oktyabrın 28-də idman jurnalistikasının nümunəvi nümayəndələrindən olan, “Sportinfo”nun əməkdaşı İlkin Fikrətoğlunun (Xəlilov) qardaşı Aqşinin üç mərasimi idi.

18 illik jurnalistika fəaliyyətimdə həmkarların 10-larla yas mərasimində olmuşam. Ancaq beləsini görməmişdim.

Mərasimdə kimlər yox idi? Futbol və incəsənət adamları, sayt və telekanalların rəhbər şəxsləri, ölkədə nüfuz sahibi olan vəzifə sahibləri.

Ən tanınmışları sadalamalı olsam, Qurban və Musa Qurbanov qardaşları, Rəşad Sadıqov, Ayxan Abbasov, Elmar Baxşıyev, Balakişi Qasımov, Maqsud Adıgözəlov, Sərxan Hacıyev, Elxan Səmədov, Aslan Şahgəldiyev, Fariz Nəcəfov, Ehtiram Quliyev, Emrah Çelikel, Asif Əsgərov, Nazim Süleymanov, Zaur Baxşəliyev, Kamil Zeynallı, Şükran Sultanov, Anar Heybətovun adını çəkə bilərəm.

Adətən bu cür qələbəlik dövlət məmurlarının xeyir-şərində müşahidə olunur.

Hə, İlkin 25 ildir jurnalistikadadır, müxtəlif orqanlarda çalışıb, əhatə dairəsi genişdir. Nə olsun?

Adamlar var, 45 il yüksək postlarda oturub, yüzminlərlə tanışı var, ancaq zərrə qədər hörməti yoxdur.

Əlqərəz, kişilər üçün ayrılmış 500 nəfərlik zal bir neçə dəfə dolub-boşaldı.

Bu, rəhmətlik Fikrət kişi ilə Şəhla xanımın verdiyi tərbiyənin, İlkin-Təmkin-Aqşin qardaşlarının hörmətinin sayəsində idi.

Zala göz gəzdirdikcə iki şeyi anladım:

1. İnsanın hörməti onun əqidəsi, şux duruşu, savadı, ələ baxmamağı, yaltaq olmamağı ilə ölçülür ki, İlkində bunların hamısı var. Çox təəssüf, indiki dövrdə bu keyfiyyətlərin hamısını daşımaq çətin məsələdir. Xüsusən ələ baxmamaq, kimdənsə asılı olmamaq.

2. İnsan anadan istedad (əfsanə) doğulur. Özünü kiməsə oxşatmaq üçün istəyirsən göyə dırmaş, xeyri yoxdur. İstedad, anadan olanda səninlə doğulur. İlkində, Qurban Qurbanovda, Lionel Messidə, İlon Maskda olduğu kimi. Bunun üçün oxumaq, öyrənmək, kursa getmək kifayət etmir. Varsa, var, yoxdursa, olmayacaq.

Allah Aqşinə rəhmət eləsin, doğmalarına səbr versin.

HƏBİB / SPORTİNFO.AZ

Son xəbərlər
"İnter" "Yuventus"u məğlub etdi
"Çelsi" "Milan"a şans vermədi
Nuriyev yeni komandasında oyuna çıxdı
PSJ M.Y. ilə sülh bağladı
Zidan bu kluba keçdi
Messi atasız qaldı
"Neftçi" qalib gəldi
"Arsenal" türk futbolçu ilə maraqlanır
Nilgün Avropa kubokundan medalla qayıdır
"İki il əvvəl B Seriyasında idik, indi isə Çempionlar Liqasındayıq"
"Spalletti mənim sevimli məşqçimdir"
Norveç Futbol Federasiyasının prezidenti Blatterin çağırışını cavabsız qoydu
Arauxo "Barselona"dan ayrılır
"Messini rahat buraxmalıyıq"
Rodri rəhbərliyə təzyiq göstərir - "Barselona"ya görə
"Mançester Yunayted" onu satmaq istəmir
Çalhanoğlu "İnter"də qalmaq istəyir
"Əl-Əhli" onu geri qaytarır
"Liverpul" Arauxonun transferini bitirir
"Roma"dan yarımmüdafiəçisi ilə yeni müqavilə
Alonso: "Qapıçılarımızdan çox razıyam"
Rəsmi: Gimarayeş "Arsenal"da
"Mançester Yunayted"ə 41 milyon avroluq müdafiəçi təklif olunub
Rəsmi: "Mançester Yunayted"in qapıçısı "Middlsbro"da
Millimizdən qələbə
"Vilyarreal" nümayəndələri "Sabahın ulduzları"nda
Qvardiola Rodriyə "Barselona"nı məsləhət görüb
Həmyerlimiz RMFA-nın prezidenti seçilib
Messi və Ronaldoya ölüm təhdidi
Mahmud Qurbanov milli komandanı çalışdırıcaq
DAHA ÇOX

Ən çox oxunanlar