Digər
Azərbaycan millisindən Ankarada 5 qələbə

17.11.2025 | 19:40
Azərbaycanın 13 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında iştirak edib.
Sports.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi noyabrın 9–15-i aralığında baş tutub.
Toplanış zamanı "Türk Telekom", "Çaba Akademi", "Vamos", "Etimesqut", ODTÜ və "Çankaya Universiteti" komandaları ilə yoxlama oyunlarına çıxan milli bunların 5-dən qələbə ilə ayrılıb.
Qeyd edək ki, U-13 yığması 2028-ci ildən beynəlxalq yarışlarda mübarizə aparacaq.
Son xəbərlər




























