Digər
Azərbaycan millisindən İslamiadada ikinci qələbə

17.11.2025 | 23:00
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, yığmamız A qrupunda keçirdiyi ikinci görüşündə Türkiyə seçməsinə qalib gəlib - 19:11.
Xatırladaq ki, Azərbaycan qrupdakı ilk matçında Səudiyyə Ərəbistanını 21:8 hesabı ilə məğlub etmişdi.
Son xəbərlər




























