Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı

Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisi üçün "Early Bird" – erkən bilet satışına start verilib.

Sports.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik "Early Bird" endirimi 15 dekabr tarixinədək qüvvədədir.

Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90 min tamaşaçı ilə son 9 ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev "Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10-cu yubiley buraxılışı üçün bilet satışlarını ilk dəfə bu qədər erkən başlatmaqdan qürur duyduqlarını bildirib:

"İndiyədək qazanılan uğurlarımızı və sürətlə yüksələn əcnəbi azarkeş marağını nəzərə alaraq, bu erkən satış imkanını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs həm yerli, həm də xarici avtosport həvəskarlarının mövsümün ən çox gözlənilən idman tədbirlərindən biri üçün biletlərini erkən əldə etmələrinə şərait yaradır. Bu həm də Bakı yarışında təqdim olunan yüksək səviyyəli xidmətin və unudulmaz yarış təcrübəsinin bariz göstəricisidir".

Son xəbərlər
"Sabah"ın rəqibləri 60 milyon avroluq futbolçunu izləyir
MS "Bayern"in futbolçusunu transfer etmək istəyib
"Bolonya"nın yeni baş məşqçisi məlum olur
125 milyon avroluq transferdən ilk məhsuldar hərəkət
"Çelsi" PSJ-yə 70 milyon avro təklif edəcək - İspaniyalı futbolçuya görə
Simeone: "Bəzi insanların neqativ yanaşmasına öyrəşmişik"
"Real"ın bəxti gətirməyib
Avropa Liqasında əsas mərhələyə start verilir
"Real" "Mançester Yunayted"in hücumçusuna göz dikib
"Sabah"ın rəqibi futbolçusu ilə yeni müqavilə üzərində çalışır
Günün teleproqramı
"Qarabağ"ın futbolçusunun karyerasında ilk
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
Stina millidə
"Qızıl top"un sahibi Messi olmalıdır"
Rafinya "Barselona"dan gedir?
"Kristal Pelas" qapıçısına yeni müqavilə təklif edəcək
De Zerbi: "Komanda başa düşür ki, biz nə oyunlarda qalib gəlirik, nə də qol vururuq”
"Düşünürəm ki, bu il Yamalın ili idi"
"Sabah"ın rəqibinin futbolçusu": "İstənilən müdafiəni yarmaq iqtidarında olan yarımmüdafiəçilərimiz də var"
"Qızıl top"a Yamalın layiq olduğu ilə bağlı deyilənlər tamamilə məntiqlidir"
"Çempionlar Liqqasının finalında iki dəfə oynamaq şansım olub, ancaq..."
"Kurtuа “Real”a çoxlu xal qazandırır"
Kalulu "Yuventus"u tərk etməyəcək
"Sabah"ın rəqibinin futbolçusu: "Çempionlar Liqasını qazanmağı hədəfləyirik"
"Real" almaniyalı müdafiəçi ilə maraqlanır
"Sabah"ın rəqibinin futbolçusu: "Alvares inanılmaz oyunçudur"
Riçarlisonu üç klub heyətində görmək istəyib
Almaniya klubu Benzema ilə əlaqə saxlayıb
Karrager "Liverpul"un baş məşqçisini müdafiə etdi
DAHA ÇOX

Ən çox oxunanlar